Balın kalorili tərkibi
Qədim zamanlardan bəri arı balı insan orqanizmi üçün ən faydalı qidalardan biri sayılır. Məlumdur ki, bal hazırlamaq prosesində arılar xüsusi bir maddə - inhibin istehsal edir, bunun sayəsində məhsul tamamilə sterilləşir. Bu ləziz qida çox vaxt şəkərin alternativi kimi qələmə verirlir.
Balda nə qədər kalori var və onu gündəlik qəbul etmək olarmı?
Təbii bal karotin, zülal kimi faydalı elementlərlə, həmçinin B, C və PP vitaminləri ilə zəngindir. Bundan əlavə, məhsulun tərkibində müxtəlif efir yağları, həmçinin üzvi turşular, şəkər və azotlu birləşmələr var.
Təbii balın tərkibində təxminən qırx faiz fruktoza və otuz beş faiz qlükoza yer alır. Bu faydalı qida laktik və alma turşusu, həmçinin limon və digər üzvi turşuların mənbəyidir.
Məhsulun yüz qramında balın kalori miqdarı təxminən 327 kilokalori təşkil edir. Mütəxəssislərin fikrincə, balın kalorililiyi onun növündən birbaşa asılıdır. Məsələn, çiçək növlərinin kalori miqdarı maksimum 380 kilokalori təşkil edir, tünd bal növlərinin kalori miqdarı isə 415 kilokaloriyə qədər yüksəlir.
Heç kimə sirr deyil ki, arı balı böyük müalicəvi potensiala malik qiymətli təbii məhsuldur. O, xəstəlikdən sonra zəifləmiş bədənin enerjisini bərpa etmək üçün faydalı xüsusiyyətlərə malikdir, orqanizmin qoruyucu xüsusiyyətlərini mobilizə edir və immunitet sistemini gücləndirir. Hətta qədim yunan həkimi Hippokrat da hər gün bal qəbul etməyi tövsiyə edirdi.
Balın tünd rəngli növləri orqanizm üçün xüsusilə faydalıdır, çünki tərkibində maksimum miqdarda mineral var. Məhsul limfa axınını stimullaşdırır, həmçinin mikrobları məhv edir. Mədə və eləcə də onikibarmaq bağırsaq xorası zamanı gündəlik olaraq bal qəbul etmək tövsiyə olunur. Bundan əlavə, bu ləziz qida müxtəlif ürək xəstəlikləri və hipertoniyanın müalicəsi üçün istifadə olunur. Məsələn, Amosov Pastası bu cür xəstəliklərə qarşı mübarizədə əsl məlhəmdir. Tərkibində bal, quru meyvələr və müxtəlif çərəzləri birləşdirən bu unikal məhsul ürək və qan damarlarını gücləndirir, immuniteti qaldırır.
Əlavə olaraq qeyd edək ki, arıçılıq məhsulları bədənin təbii funksiyalarını gücləndirməyə kömək edir. Bunun üçün məsləhət görürük ki, Iron Man çeşidini sınayasız. Bal, quru ərik, kişmiş və qozun unikal qarışığından ərsəyə gələn möhtəşəm kokteyl beyin fəaliyyətini yaxşılaşdırır, bədən tonusu artırır, virus və bakteriyalardan qoruyur.
Arı balının bütün faydalı xüsusiyyətlərinə baxmayaraq, o, güclü allergendir və istifadəsində bəzi məhdudiyyətlər var. Piylənmə və şəkərli diabet xəstələrinə arı məhsulunu az miqdarda qəbul etmələri məsləhət görülür. Bundan əlavə, yuxarı mədə-bağırsaq traktının kəskinləşməsi olan insanlar balın istifadəsini mümkün qədər azaltmalıdırlar. Həkimlər təbii balı 18 aydan kiçik uşaqlara verməyi qadağan edir, çünki bu, körpələrdə botulizmin inkişaf riski yaradır. Böyüklərə isə gündə 2-3 xörək qaşığından artıq qəbul etmək məsləhət deyil.
Sonda ümid edirik ki, sizinlə dəyərli məlumatları paylaşmış olduq. Amma hələ də hansı bal növünü seçəcəyinizə qərar verməmisinizsə, o zaman bizim mütəxəssislər sizə böyük məmnuniyyətlə kömək edəcək Onlar istəyinizə və zövqünüzə uyğun məhsulu sizin üçün seçəcəklər. Həmçinin, balı onlayn əldə edə və ya telefonla sifariş edə bilərsiniz.