Məhsulun təsviri
I'M HONEY Güləm (arı çörəyi) — arıların dağ çiçəklərindən topladığı tozcuğu pətək gözlərinə yerləşdirərək bal və təbii fermentlərlə zənginləşdirməsi nəticəsində yaranan nadir təbiət məhsuludur. Təbii «arı çörəyi» olan güləm zərif turşməzə-bal dadına, xoş çiçəkli ətrə və altıbucaqlı təbii qranul formasına malikdir. Termik emal edilmədən və heç bir qatqı əlavə olunmadan 100% saf şəkildə qablaşdırılır.
Tərkibi: 100% təbii güləm — arı çörəyi (fermentasiya olunmuş çiçək tozcuğu). Şəkər, boyaq maddələri, aromatizator və konservantlar olmadan.