Məhsulun təsviri
Bu gün qurulan irs.
Yüz il əvvəl Bakını neft maqnatları qururdu. Bu gün şəhər qurulmaqda davam edir və yenə də heyrətləndirir. XX əsrin əvvəlində Bakını fasadlarından tanıyırdılar, XXI əsrdə isə siluetindən tanıyırlar. Yeni memarlıq formaları və cəsarətli mühəndislik həlləri şəhərin Xəzər üzərindəki cizgisini dəyişdi.
Baku Contemporary I’m Honey memarlıq kolleksiyasının ikinci hissəsidir. Baku Heritage neft bumu dövründəki şəhərin xatirəsini qoruyur. Bu qutu isə memarlıq tarixini davam etdirən və elə bu gündən gələcəyin irsini yaradan Bakı haqqındadır.
Kolleksiyanın ideyası 2025-ci ilin dekabrında, 2026-cı il Azərbaycanda «Şəhərsalma və Memarlıq İli» elan olunanda yaranıb. Hər iki qutu vahid kolleksiya kimi hazırlanıb. Bunun üçün altı aylıq araşdırma aparılıb, binalar və təsvirlər seçilib, italyan dizayner kağızı və mürəkkəb poliqrafiya həlləri tətbiq edilib. Məqsəd qutunu şəhər mənzərələri ilə bəzəmək deyil, həsr olunduğu memarlığa layiq bir əşya yaratmaq idi.
İçində Azərbaycan balı, üzərində isə onun XXI əsrdəki paytaxtı.
Qutuları ayrı-ayrılıqda hədiyyə etmək olar. Şəhəri bütövlükdə, neft bumundan bu günə qədər göstərmək istəyəndə isə onları cüt halında hədiyyə edin. Bu hədiyyə Bakını tanıyanlar və onu tanıtmaq istədiyiniz insanlar üçündür.