Başqırdıstanın Yabanı Meşə Balı, 1 kq
300 AZN
Məhsulun təsviri
«Şulqan-Taş» qoruğunda Burzyan arıları qocaman ağacların hündür koğuşlarında yaşayır. Nektarı çiçək açan cökə ağaclarından və yabanı meşə otlarından toplayırlar.
Arıçı balı ildə bir dəfə, payızda yığır. Kəndirlə ağaca qalxıb pətəklərin yalnız bir hissəsini götürür, qalanını arılara qış üçün saxlayır. Bal pətəklə birlikdə götürüldüyü üçün bankada xırda mum parçaları, güləm və çiçək tozcuqları da görünür. İlk qaşığı elə olduğu kimi dadın.
Oxşar məhsullar
Kuki (Cookie) bildirişi
Təcrübənizi yaxşılaşdırmaq, saytımızın fəaliyyətini analiz etmək və fərdiləşdirilmiş təkliflər təqdim etmək üçün kukilərdən istifadə edirik.