Təbii Arı Südü
Azərbaycanca Russian English

Arı Südü

40,00₼ Arı südü nə deməkdir? Hansı faydalı xüsusiyyətləri var? Necə istifadə etmək lazımdır? Bugün ən çox verilən suallara cavab tapmağa çalışacağıq. Bu təbii məhsul immunitet gücləndirici və bütün orqanizmi təravətləndirən xüsusiyyətlərə malikdir. Məhsulu mütəmadi istifadə etməklə, fiziki gücünüzün artdığını hiss edəcəksiniz - belə ki, artıq səhərlər oyandıqda kofein üçün ehtiyacınız olmayacaqdır. Eləcə də yaddaşınız və iş qabiliyyətiz güclənəcək, yuxunuz stabil, əhvalınız isə stressə davamlı olacaqdır. Arı südünün faydaları: sinir sisteminin fəaliyyətini yaxşılaşdırır; ürək damar sisteminin fəaliyyətini stimullaşdırır; mədə bağırsaq sistemini yaxşılaşdırır; endokrinoloji sistemə müsbət təsir göstərir; maddələr mübadiləsini yaxşılaşdırır; əzələləri möhkəmləndirir və s kimi faydaları barədə internetdə də tanış ola bilərsiniz. Arı südünün qəbul etməyin normativ dərəcəsi sizin çəkinizdən asılıdır: belə ki, hər 30 kq çəkiyə 0,3 qr (təxminən 1 arı südü bağlaması) düşür. Məsələn, əgər sizin çəkiniz 60 kq qədərdisə, o zaman gündə 2 arı südü bağlaması qəbul edə bilərsiniz. Əgər 90 kq olarsa isə, günə 3 arı südü bağlaması qəbul etmək olar. Bu profilatik kursun davamiyyəti 1 ay təşkil edir. Daha sonra 4-həftəlik fasilə verərək yenidən müalicə kursuna başlaya bilərsiniz. Arı südü çox zaman digər arı məhsulları ilə birgə də qəbul edilə bilir - hesab olunur ki, belə olduqda effekt ikiqat güclənmiş olur. Ən tanınmış qaydanı sizə təqdim edirik: bu bal jelesini 1:50 nisbətində bal ilə qarışdırılır və hər gün yeməkdən 30 dəq əvvəl 1 çay qaşığı qəbul edilir. Hazırlanmış məhsulu əriyənədək dilinizin üstündə saxlayırsınız. Arı südü çox faydalıdır, qədim dövrlərdə onu yalnız seçmə insanlar qəbul edə bilirdi. Siz də özünüzü seçin və elə bugün arı südü məhsulunu sifariş edin!
$