
Bal haqqında
Arı balının faydalı xüsusiyyətləri haqqında bir çox əfsanələr dolanır. Bu təbii şirni təkcə kulinariyada deyil, həm də tibb praktikasında geniş istifadə olunur. Məhz bu səbəbdən məhsuldarlığın simvolu sayılan bal tanrıların qidası və həyat iksiri adlanır. Bu gün arı nektarı həm xalq təbabətində həm də müasir elmi tibbdə müxtəlif xəstəliklərin müalicəsi üçün tədbiq edilir
Əksər mütəxəssislər təbii balı gündəlik rasiona daxil etməyi məsləhət görürlər, çünki o, insan orqanizminə faydalı təsir göstərir, immuniteti qaldırır və enerji ilə təmin edir. Bundan əlavə, bu məhsul həm də güclü antidepressantdır, onun müntəzəm istifadəsi narahatlığı azaldır və yuxunu normallaşdırır.
Çökə balı
Qeyri-adi ətri və dadı ilə seçilən çökə balı ən yaxşı növlərdən biri hesab olunur. Yüksək şirinlik dərəcəsinə baxmayaraq, o yüngül acı dada malikdir. Müalicəvi xüsusiyyətləri sayəsində cökə balı boğaz, mədə və böyrək xəstəliklərini aradan qaldırmaqda kömək edir. Sehrli nektar kosmetologiyada da məşhurdur. Bal prosedurundan sonra dərinin rəngi yaxşılaşır, qırışlar hamarlanır, dəri səthi elastik və hamar olur.
Qarabaşaq balı
Ən məşhur arı məhsullarından biri də qarabaşaq balıdır. O, boğazda yüngül yanma hissi yaradan xüsusi büzücü dada malikdir. Məhsulun tərkibinə həzm və ürək-damar xəstəliklərinin yaranmasının qarşısını alan bir sıra minerallar daxildir. Bu növ bal patogen maddələrin bədəndən çıxarılmasına kömək edir və immunitet sistemini gücləndirir. Qarabaşaq nektarı həm də hipertoniya və anemiya ilə mübarizə aparmağa yardım edir, qan damarlarının vəziyyətini normallaşdırır, avitaminozun qarşısını alır.
Şabalıd balı
Ətirli şabalıd çiçəyindən ərsəyə gələn ləzzətli bal arıçılıq məhsullarının biliciləri üçün əsl delikatesdir. Onun dolğun şirin dadı yüngül acılı və ədviyyatlı notlarla tamamlanır. Şabalıd balının rəngi kəhraba çalarından tünd qəhvəyi rəngə qədər dəyişir. O, kosmetologiyada və ənənəvi tibbdə geniş istifadə olunur. Bu unikal arıçılıq məhsulu orqanizm üçün ən vacib makro- və mikroelementləri, kalsium və fosforu, dəmiri özündə birləşdirir. Bu faydalı desert immunitet sistemini gücləndirir, stresə qarşı müqaviməti artırır və antiseptik xüsusiyyətlərə malikdir.
İndi bilirsiniz ki, bal təkcə dadlı və faydalı şirni deyil, həm də təbii məlhəmdir. Əgər çeşid seçimində tərəddüd edirsinizsə, o zaman mütəxəssislərimiz sizə köməklik göstərməkdən məmnunluq duyacaq. Onlar istəyinizə və zövqünüzə uyğun məhsulu sizin üçün sevə-sevə seçəcəklər. Həmçinin, balı onlayn əldə edə və ya telefonla sifariş edə bilərsiniz.