Qadın sağlamlığı üçün bal
Təbii balın müalicəvi və kosmetik xüsusiyyətlərindən zərif cinsin nümayəndələrinə əsrlər boyu xəbərdar olmuşlar. Bunun sirri isə məhsulun qadın orqanizmini yaxşı formada saxlamaq qabiliyyətinə malik olmasındadır. Balın unikal tərkibi bədəni enerji ilə təmin edir və sağlam görünüş verir.
Arıçılıq məhsullarını qadın orqanizmi üçün zəruri olan mikroelementlər, vitaminlər və digər faydalı maddələrin mənbəyidir.
O, immunitet sistemini gücləndirməklə yanaşı, həm də həyat keyfiyyətini yaxşılaşdırmağa və gənclik müddətini uzatmağa kömək edir. Balın kompleks təsiri maddələr mübadiləsini normallaşdırır, qan damarlarının divarlarını gücləndirir və emosional fona müsbət təsir göstərir. Məhsul masaj və müxtəlif maskalarda da istifadə olunur. O, yaşlanma əleyhinə və nəmləndirici təsirə malikdir, qırışları hamarlaşdırmağa və dərini yumşaltmağa kömək edir.
Tanınmış dietoloqlar qadınlara qida rasionunda cökə və çiçək balı istifadə etməyi tövsiyə edir. Bu növ arı məhsulları həyati enerjinin əvəzsiz mənbəyidir, sidik-cinsiyyət sistemi xəstəliklərinin qarşısının alınmasına və orqanizmdən toksinlərin çıxarılmasına xidmət edir. Təbii bal tez-tez ginekologiyada müəyyən xəstəliklərlə fəal mübarizə aparmaq üçün tədbiq edilir.
Belə bir fikir var ki, gündə bir qaşıq bal bütün xəstəliklərin qarşısını alır.
Onu səhərlər acqarına qəbul etmək daha da faydalıdır. Çünki günə bal ilə başlasanız, xora, qastrit və pankreatit kimi xəstəlikləri unuda bilərsiniz. Səhər yeməyindən əvvəl bir qaşıq təbii bal virus, bakteriya və hətta göbələk infeksiyalarından qoruyacaq. O, bədənin gümrah olmasına kömək edir, beyin fəaliyyətini aktivləşdirir, konsentrasiyanı yaxşılaşdırır. Daha bir vacib fakt: acqarına bal qəbul etmək toksikozun qarşısını alır. O, ürəkbulanmanı aradan qaldıracaq və sizi lazımi miqdarda vitamin və minerallarla təmin edəcək.
Təbii balın faydalı keyfiyyətlərinə baxmayaraq, bir sıra əks göstərişlərə malikdir. Diabet, eləcə də arı məhsullarına allergiyası olan şəxslər baldan mümkün qədər imtina etməlidirlər. Ağır amfizem (bronxların və alveolların genişlənməsi), bronxial astma, ürək və ağciyər xəstəlikləri zamanı və yüksək hərarətli xəstələrə bal inhalyasiyası qəti qadağandır.
Arı balının, ona qarşı fərdi dözümsüzlük istisna olmaqla, birbaşa əks göstərişləri yoxdur. Bizim mütəxəssislər böyük məmnuniyyətlə istəyinizə və zövqünüzə uyğun bal növünü seçməkdə sizə yardımçı olacaqlar. Həmçinin, balı onlayn əldə edə və ya telefonla sifariş edə bilərsiniz.