Yeni məhsullar

Bloqlar

Akasiya Balı
Akasiya Balı
Akasiya Balının Faydaları və Xüsusiyyətləri
Balqabaq Tumu ilə Bal
Balqabaq Tumu ilə Bal
Sağlamlığınızı Təmin Edən Mükəmməl Qarışım!
Balın kalorili tərkibi
Balın kalorili tərkibi
Qədim zamanlardan bəri arı balı insan orqanizmi üçün ən faydalı qidalardan biri sayılır
Qadın sağlamlığı üçün bal
Qadın sağlamlığı üçün bal
Tanınmış dietoloqlar qadınlara qida rasionunda cökə və çiçək balı istifadə etməyi tövsiyə edir

Tərəfdaşlar

«I'm Honey» — Bakıda Təbii və Təmiz Bal Ünvanı

«I'm Honey» 2011-ci ildən bəri Azərbaycanın saf dağ yaylaqlarından toplanmış 100% təbii, çiy (raw) balı və dünyanın zəngin guşələrindən seçilmiş eksklüziv çeşidləri sevgiylə təqdim edir. Bütün məhsullarımız Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən sertifikatlaşdırılıb və laborator analizlərlə təsdiqlənib.

Sizi Bakının mərkəzində, Dilarə Əliyeva küçəsi 178 ünvanındakı şourumumuza qonaq gəlməyə və ödənişsiz dequstasiyaya dəvət edirik. Bizə qonaq olun: bütün klassik və nadir dağ ballarının, meyvəli suflelərimizin dadına baxaraq sevdiyiniz çeşidi birlikdə seçək. Əgər gəlməyə vaxtınız yoxdursa, sevimli balınızı Wolt ilə 30–45 dəqiqəyə qapınıza çatdırarıq.
Bakı, Dilarə Əliyeva küç. 178
Hər gün: 10:00 – 20:00
2011-ci ildən bəri 15+ il fasiləsiz təcrübə
100% Çiy və Təbii Bal Şəkərsiz və qızdırılmamış
Ödənişsiz Dequstasiya Qonağımız olun, dadına baxın
Rəsmi AQTA Sertifikatı Laborator qida təhlükəsizliyi
Wolt ilə 30–45 dəqiqə Bakı daxilində ekspress

Tez-tez verilən suallar

Sizi hər zaman Bakının mərkəzində, Dilarə Əliyeva küçəsi 178 ünvanında yerləşən şourumumuzda qonaq görməkdən çox şad olarıq (hər gün saat 10:00-dan 20:00-dək qapılarımız açıqdır). Həmçinin honey.az rəsmi saytımızdan və ya Wolt tətbiqi vasitəsilə 30–45 dəqiqə ərzində Bakı üzrə sürətli sifariş edə bilərsiniz.

Əlbəttə, böyük məmnuniyyətlə! Şourumumuzda qonağımız olub bütün çeşidlərin — həm nadir dağ ballarının, həm də meyvəli suflelərimizin dadına tamamilə ödənişsiz baxa bilərsiniz. Hər bir balın hekayəsini sizə danışmaqdan və zövqünüzə ən uyğun çeşidi tapmaqdan sevinc duyarıq.

Ballarımız Azərbaycanın ekoloji cəhətdən ən təmiz dağlıq bölgələrindən toplanır, həmçinin xüsusi kolleksiya üçün dünyanın müxtəlif ölkələrindən nadir çeşidlər gətirilir. Bütün məhsullarımız Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən rəsmi sertifikatlaşdırılıb və laborator analizlərdən keçir.

Qətiyyən yox. «I'm Honey» balları 100% təbii, çiy (raw honey), heç bir termik emal olunmamış və şəkərsizdir — tərkibində yalnız arıların nektarından yaranan təbii şəkərlər var. Suflelərimizdə isə yalnız təbii çalınmış bal və dondurularaq qurudulmuş (sublimasiya olunmuş) təbii meyvə və giləmeyvələr istifadə olunur; heç bir süni boyaq, aromatizator və ya qoruyucu yoxdur.

Bakı üzrə Wolt tətbiqi ilə 30–45 dəqiqəyə sürətli çatdırılma və şəxsi kuryer xidmətimiz fəaliyyət göstərir. Azərbaycanın bütün digər bölgələrinə sifarişləri adi və sürətli poçt vasitəsilə göndəririk. Həmçinin sifarişin həcminə uyğun olaraq xarici ölkələrə beynəlxalq çatdırılma da mümkündür.